
Bakı. Trend:
Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalında 16 PKK
terrorçusu zərərsizləşdirilib.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə
Nazirliyindən bildirilib.
Məlumata görə, Türkiyə təhlükəsizlik qüvvələri həmin
terrorçuları İraqın Hakurk, Metina və Gara bölgələrində
aşkarlayaraq zərərsizləşdirib. Onların arasında PKK-nın qondarma
liderləri də var.
Bu istiqamətdə daha bir əməliyyat Suriyanın şimalında icra
olunub. Türkiyə Silahlı Qüvvələri tərəfindən “Zeytun budağı” və
“Fərat qalxanı” əməliyyatları bölgəsində aşkarlanan yeddi terrorçu
zərərsizləşdirilib.





























