Advertisement

Ərdoğan və HƏMAS Siyasi Bürosunun rəhbəri Qəzzadakı münaqişəni müzakirə ediblər

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla HƏMAS Siyasi Bürosunun
rəhbəri İsmayıl Haniyə arasında telefon danışığı olub.

Trend xəbər verir ki, danışıq zamanı Qəzzadakı münaqişənin
aradan qaldırılması istiqamətində görülən işlər müzakirə
edilib.

“HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə telefon
danışığımız olub. Danışıqlar zamanı biz Qəzzada münaqişə və
zorakılığa son qoymaq səylərini müzakirə etdik. Vasitəçilərdən
alınan atəşkəs təklifini HƏMAS-ın bəyənməsini qiymətləndirdik.
Danışıqlar zamanı HƏMAS-ın Türkiyənin təkliflərini nəzərə alaraq
qəbul etdiyi qərarı müsbət qarşıladığımızı bildirdim və İsrailin də
daimi atəşkəs üçün addımlar atmalı olduğunu vurğuladım”, – Ərdoğan
“X” sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, bu gün HƏMAS hərəkatı Misir və Qətər
vasitəçilərinə Qəzza zolağında təklif etdikləri atəşkəs sazişi
layihəsini təsdiqlədiyi barədə məlumat verib.