
Bakı. Trend:
Filippinin cənubunda baş verən torpaq sürüşməsi nəticəsində
ölənlərin sayı 68-ə çatıb.
Trend “The Standard” saytına istinadən xəbər verir ki, hökumətin
açıqladığı rəsmi rəqəmlərə görə, bazar ertəsi palçıqdan ondan çox
cəsəd çıxarılıb.
Mədən işçiləri və kəndlilər də daxil olmaqla 51 nəfər hələ də
itkindir. Səlahiyyətlilər itkin düşənlərin hamısı çıxarılana qədər
axtarışları davam etdirəcəklərini bildiriblər.
Qeyd edək ki, torpaq sürüşməsi Davao de Oro əyalətinin Mako
şəhərində qızıl mədəninin yaxınlığında baş verib. Davao de Oro
əyalətinin rəsmisi Edvard Makapili bildirib ki, xilasetmə işlərinə
300-dən çox adam cəlb olunub, lakin güclü yağış, palçıq və növbəti
sürüşmə təhlükəsi əməliyyatlara mane olur.





























