
Bakı. Trend:
Almaniya Bundesliqasında “Union Berlin” Nenad Byelitsanı
istefaya göndərib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis uğursuz
nəticələrdən sonra qovulub.
Berlin klubu son 6 oyunda cəmi 2 xal toplayıb. 30 xalla 15-ci
pillədə qərarlaşan “Union Berlin”i düşmə zonasından 1 xal ayırır.
Son 2 turda komandaya Marko Qrote rəhbərlik edəcək.
Qeyd edək ki, Byelitsa “Union Berlin”ə ötən ilin noyabrından
başçılıq edib. O, mövsümə “Trabzonspor”un baş məşqçisi kimi başlasa
da, qısa müddətdən sonra komandadan uzaqlaşdırılıb.





























