
Bakı. Trend:
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri
tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon
sakini, əvvəllər də analoji əmələ görə məhkum olunmuş Habil Zamanov
saxlanılıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin
Şəki regional qrupundan bildirilib.
Məlumata görə, onun üzərindən və idarə etdiyi avtomobildən
marixuana aşkarlanıb.
Məhkəmənin qərarı ilə H.Zamanov barəsində həbs qətimkan tədbiri
seçilib, araşdırmalar davam etdirilir.

























