
Bakı. Trend:
Bu tədbirə dəvətə görə Azərbaycan hökumətinə təşəkkür
edirəm.
Trend xəbər verir ki, bunu mayın 7-si “Azərbaycanın 4-cü Könüllü
Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci
DİM üzrə irəliləyiş” mövzusunda keçirilən 4-cü DİM Dialoqunda çıxış
edən Laos Xarici İşlər Nazirliyinin Beynəlxalq Tkilatlar
Departamentinin Baş direktoru Daovy Vongxay deyib.
Onun sözlərinə görə, Azərbaycan tərəfindən Dayanıqlı İnkişaf
Məqsədlərinin icrasına yüksək diqqət yetirilir.
“COP29-un Bakıda keçirilməsi də Azərbaycanın DİM-ə sadiqliyinin
göstəricisidir.
Biz eşitdik ki, Azərbaycanın təklifi ondan ibarətdir ki,
minalardan təmizlənmə BMT-nin Dayanıqlı İnişaf Məsələlərinin 18-ci
müddəası olsun. Biz Azərbaycanın bu təklifini dəstəkləyirik.
Hazırda mina problemi dünyada ciddi problemlərdən biridir”, –
deyib.
Qeyd edək ki, Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına
dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci Dayanıqlı İnkişaf
Məqsədləri (DİM) üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu
keçirilir.



























