Advertisement

Xəzərin Azərbaycan sektorunda süni torpaq sahələri yaradılacaq

Bakı. Trend:

Milli Məclisin bu gün keçirilən iclasında “Xəzər dənizinin
(gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni
torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsi müzakirəyə
çıxarılıb.

Trend-in məlumatına görə, qanun layihəsində Xəzər dənizinin
(gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni
torpaq sahələrinin yaradılma formaları müəyyən olunub.

Layihəyə əsasən, süni torpaq sahəsi Xəzər Dənizinin (gölünün)
Azərbaycan Respublikasına mənsub olan bölməsində su fondu
torpaqlarından ayrılan torpaq sahəsində (bundan sonra su fondu
torpaq sahəsi) ayrıca və ya sahilboyu zolağa, adaya, yaxud digər
süni torpaq sahəsinə bitişik formada yaradıla bilər.

Bu qanunun məqsədləri üçün süni torpaq sahəsi dedikdə Xəzər
dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsində torpağın və ya qruntun daşınıb tökülməsi, yaxud
səpilməsi yolu ilə və ya başqa üsullardan istifadə olunmaqla
yaradılan torpaq sahəsi başa düşülür.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq üçüncü oxunuşda
qəbul edilib.