Advertisement

Ölkədə bütün fəaliyyət proqramları Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılır – Rauf Səlimov

Bakı. Trend:

Ölkədə bütün fəaliyyət proqramları Dayanıqlı İnkişaf Məqsədləri
ilə uzlaşdırılır.

Trend xəbər verir ki, bunu “Azərbaycanın 4-cü Könüllü Milli
Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM
üzrə irəliləyiş” mövzusunda keçirilən 4-cü DİM Dialoqunda çıxış
edən Dövlət Statistika Komitəsinin sədrinin müavini Rauf
Səlimov
deyib.

Onun sözlərinə görə, ölkədə sosial rifah səviyyəsinin
yüksəldilməsi və məqsədlərə çatmaq üçün müxtəlif işlər görülür.

“Bu istiqamətdə statistik məlumatlar toplanılır, istifadə
olunur. 2018-ci ildən başlayaraq DİM materialları nəşr olunmağa
başlayıb. Bu məqsədlə 2019-cu ildə xüsusi portal yaradıldı və bu
portal bugün də fəaliyyət göstərməkdədir”, – o deyib.

Qeyd edək ki, Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına
dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci Dayanıqlı İnkişaf
Məqsədləri (DİM) üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu
keçirilir.