Advertisement

Azərbaycan Könüllü Milli Hesabatların hazırlanması prosesinin sürətlənməsinə nail olub – Rikardo Mesiano

Bakı. Trend:

Azərbaycan Könüllü Milli Hesabatların hazırlanması prosesinin
sürətlənməsinə nail olub.

Trend xəbər verir ki, bunu mayın 7-si Dayanıqlı inkişaf üzrə
müşavir, BMT-nin Asiya və Sakit Okean regionu üzrə İqtisadi və
Sosial Komissiyasının (UNESCAP) İcraçı Katibinin Ofisinin
nümayəndəsi Rikardo Mesiano “Azərbaycanın 4-cü Könüllü Milli
Hesabatı – Azərbaycanda DİM-lərin icrası sahəsində nailiyyətlər,
çağırışlar, boşluqlar, kritik uğur faktorları və qabaqcıl
təcrübələrə dair baxış bucaqları” mövzusunda yüksək səviyyəli
paneldə çıxışında deyib.

“Son proseslər onu göstərir ki, milli hökümətlər Könüllü Milli
Hesbatların hazırlanmasına dəstək verməlidirlər. Azərbaycanda
hökümət bu proseslərin sürətləndirilməsinə nail olub. Hər hansı
ölkədə bununla bağlı büdcə məhdudiyyətləri olur. Amma bu məsələlərə
ən yüksək səviyyədə dəstək verilməlidir. Yalnız bu yolla bu proses
sürətləndirilə bilər”, – deyə o bildirib.

Onun sözlərinə görə, bu prosesdə marağı olan dairələr də iştirak
etmələdir.

“Məsələn, Yeni Zelandiya höküməti qeyri-adi yanaşma sərgiləyərək
cəmiyyətin marağını bu prosesə cəlb etdi. Cəmiyyətin müxtəlif
təbəqələrinin nümayəndələri bu prosesə qoşuldu. Əksəriyyəti Könüllü
Milli Hesabat haqqında məlumatsızdır. Buna görə bununla bağlı
məlumatlandırma fəaliyyəti genişləndirilməlidir”, – deyə o əlavə
edib.

Qeyd edək ki, Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına
dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci Dayanıqlı İnkişaf
Məqsədləri (DİM) üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu
keçirilir.