
Bakı. Trend:
Azərbaycan-Slovakiya əməkdaşlığının bir istiqaməti də azad
edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Ağdamın
Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən
icra ediləcək.
Trend xəbər verir ki, bu
fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 7-də Slovakiyanın
Baş naziri Robert Fitso ilə mətbuata bəyanatında deyib.
“Bu, da təbii ki, böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin
səmimiyyətinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad
edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı
şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı
mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları
sevindirəcək”, – deyə dövlətimizin başçısı bildirib.





























