Advertisement

Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənliyinə son qoyulmalıdır – Paşinyan

Bakı. Trend:

Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyini don
qoyulmalıdır. Biz, düşmənçilik münasibətlərini sıfıra endirməyə
nail olmalıyıq.

Trend xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol
Paşinyan mayın 7-də keçirdiyi mətbuat konfransında bildirib.

Ölkəsinin Gürcüstan və İranla mehriban qonşuluq əlaqələrinin
olduğunu vurğulayan Nikol Paşinyan deyib ki, Ermənistanın
Azərbaycan və Türkiyə ilə də münasibətləri normallaşmalıdır.

“Gürcüstanla və İranla münasibətlərin dərinləşdirilməsi,
Azərbaycanla və Türkiyə ilə düşmənçiliyin aradan qaldırılması,
regional nəqliyyat əlaqələrinin inkişafı, iqtisadi münasibətlərin
qurulması və regional inkişaf rəsmi İrəvanın mövqeyidir”, – deyə
N.Paşinyan vurğulayıb.