Bakı. Trend:
2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin elektrik
avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz
azalaraq 5,2 milyard dollara bərabər olub.
Trend-in TurkicWorld-ə istinadən
xəbərinə görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat
verilib.
“Bu ilin aprel ayında Türkiyə 1,2 milyard dollar məbləğində
elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin aprel ayı
ilə müqayisədə 1,3 faiz azdır”, – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023- aprel 2024)
Türkiyə 16,2 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac
edib.





























