
Bakı. Trend:
ABŞ prezidenti Co Baydenin Latın Amerikası üzrə baş müşaviri
Xuan Qonzales istefaya gedəcək.
Trend xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə
istinadən məlumat yayıb.
Nəşrə əsasən, bu, Vaşinqtonun Venesuelada demoqrafik
islahatların keçirilməsi üzrə səylərini çətinləşdirə bilər.
Qonsalesin 2024-cü il mart ayının ortalarında istefaya gedəcəyi
və onu hazırda Qərb yarımkürəsi üzrə müdafiə naziri köməkçisinin
müavini olan Daniel Eriksonun əvəz edəcəyi qeyd edilib.





























