Advertisement

PASHA Holding ölkənin ən böyük özəl strukturlarından biri olaraq dayanıqlı inkişaf məqsədlərinin icrasında iştirak edir – Aytac Muxtarzadə

Bakı. Trend:

PASHA Holding ölkənin ən böyük özəl strukturlarından biri olaraq
dayanıqlı inkişaf məqsədlərinin icrasında iştirak edir.

Trend xəbər verir ki, bunu PASHA Holding-in ictimaiyyətlə
əlaqələr üzrə rəhbəri Aytac Muxtarzadə Azərbaycanın 4-cü Könüllü
Milli Hesabatı – Azərbaycanda DİM-lərin icrası sahəsində
nailiyyətlər, çağırışlar, boşluqlar, kritik uğur faktorları və
qabaqcıl təcrübələrə dair baxış bucaqları” mövzusunda yüksək
səviyyəli paneldə çıxışında deyib.

“Özəl sektor dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün
vacib oyunçulardandır. Belə ki, PAŞA Holding özəl sektor
iştirakçısı olaraq öz fəaliyyəti ilə DİM çərçivəsində
iqtisadiyyata, innovasiya ekosisteminə, insan kapitalına, cəmiyyətə
və iqlim məsələlərinin həllinə töhfə verir və beləliklə DİM
icrasında iştirak edir”, – deyə o bildirib.

Onun sözlərinə görə, PASHA Holding-də 20 mindən çox əməkdaş
çalışır.

“Şirkətlər müxtəlif alətlərdən istifadə edərək işçilər üçün ən
yaxşı iş şəraiti yaratmalıdırlar. Əməkdaşlar üçün yaradılan iş
mühüti və imkanlar hər bir şəxs üçün bərabər, ədalətli olmalıdır.
Bizim qurumda bu belədir. Qadınlar bizim mərkəzi və digər
strukturlarımızda yüksək vəzifələrdə çalışırlar”, – deyə o
bildirib.

O, həmçinin, qeyd edib ki, PASHA Holding işğaldan azad olunmuş
ərazilərdə də dayanıqlı inkişaf məqsədlərinə töhfə verir.

“Biz həmin sahələrdə infrastruktur obyektlərinin bərpası ilə
yanaşı, ekoloji bərpaya da diqqət yetiririk. Qarabağ Dirçəliş Fondu
ilə birgə Zəngilanda 30 min ağacın əkilməsində iştirak etmişik”, –
deyə o bildirib.

Qeyd edək ki, Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına
dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci Dayanıqlı İnkişaf
Məqsədləri (DİM) üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu
keçirilib.