Advertisement

Kapital Bank-ın Laçın filialının açılışı baş tutdu

Bakı. Trend:

Ölkənin birinci Bankı Kapital Bank-ın Laçın filialının açılışı
baş tutdu. Laçın şəhəri, Heydər Əliyev küçəsi 87 ünvanında
fəaliyyətə başlayan filialın açılışında prezidentin Laçın şəhərində
xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev, Dövlət Məşğulluq
Agentliyinin Laçın rayonu üzrə nümayəndəsi İlqar Təhməzov, Bərpa,
Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, bankın nümayəndələri
və Laçın sakinləri iştirak etdilər.

Yeni konsepsiya əsasında təqdim edilən Laçın filialı həftə içi 5
gün saat 9:00-dan 18:00-dək müştərilərə ən yüksək səviyyədə xidmət
göstərəcək. Filial bunun üçün bütün zəruri şəraitə və imkanlara
malikdir. Burada Laçın sakinlərinə əmanətlər, plastik kartlar,
müxtəlif növ kreditlər və digər məhsullar, hesablaşma-kassa
əməliyyatları, valyuta mübadiləsi kimi əməliyyatlar da daxil
olmaqla bütün növ bank xidmətləri təklif olunur.

Yeni filalın açılışı ilə Kapital Bank həm də Laçında fəaliyyətə
başlayan ilk bank kimi tarixə düşdü. Ölkədə ən böyük filial
şəbəkəsinə malik bankın filiallarının sayı Laçın filialının
açılışının ardından 119-a çatdı. Tezliklə bankın Xankəndi
filialının da açılışı planlaşdırılır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir
və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi
ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə
daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi
üçün— https://kbl.az/prgtk,
Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.