Advertisement

Azərbaycan gimnastı Dünya kubokunda iştirak edəcək

Bakı. Trend:

Portuqaliyanın Portimao şəhərində bədii gimnastika üzrə Çelenc
seriyalı Dünya kuboku keçiriləcək.

Trend İdman.biz
istinadən xəbər verir ki, mayın 10-12-də baş tutacaq yarışda
Azərbaycan millisi bir gimnastla təmsil olunacaq.

İlona Zeynalova fərdi yarışlarda mübarizə aparacaq. İdmançımız
Portuqaliyaya məşqçisi Aleksandra Reyşlə yollanıb.

Qeyd edək ki, turnirdə Azərbaycan hakimi Yevgeniya Vilyayeva də
iştirak edəcək.