Bakı. Trend:
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev mayın 8-9-da Moskvaya
işgüzar səfər edəcək.
Trend xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat
xidməti məlumat yayıb.
Onun Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Avrasiya
İqtisadi Şurasının (EAİŞ) iclasında iştirak edəcəyi bildirilir.
Bundan başqa, Mirziyoyev İkinci Dünya Müharibəsində Qələbənin 79-cu
ildönümü ilə bağlı təntənəli tədbirlərdə iştirak edəcək.
Özbəkistan Prezidentinin bir sıra ikitərəfli görüşləri də
nəzərdə tutulub.





























