Advertisement

Qahirədə Qəzzadakı vəziyyətlə bağlı danışıqların növbəti mərhələsi başlayıb

Bakı. Trend:

Fələstinin “HƏMAS” hərəkatının nümayəndə heyəti ilə Misir, Qətər
və ABŞ-dan olan bir qrup vasitəçi arasında Qəzza zolağında
nizamlama üzrə danışıqların növbəti mərhələsi başlayıb.

Trend-in
məlumatına görə, bu barədə “EFE” agentliyi Misir televiziyasına
istinadən bildirib.

Məlumata əsasən, danışıqlar Misir paytaxtı Qahirədə
keçirilir.

“Nümayəndə heyətinin üzvləri Qəzza zolağında atəşkəsə nail olmaq
imkanlarının müzakirəsini başa çatdırmaq niyyətindədirlər. İsrail
ordusu Misirlə sərhəddə yerləşən “Rəfah” keçid məntəqəsinə nəzarəti
ələ keçirdikdən sonra Misir Qəzzada vəziyyətin qabağını almaq üçün
fəal səylər göstərir”, – deyə agentlik bildirib.