
Bakı. Trend:
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları dələduzluq edən paytaxt
sakini Sədulla Seyfullayevi saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional
qrupundan Trend-ə
verilən məlumata görə, onun zərərçəkmişə həbsdə olan qohumunun azad
olunmasına kömək edəcəyi ilə bağlı yalan vədlər verərək 28000 manat
pulunu dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən olunub.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin cinayət işi
başlanılıb, S.Seyfullayev barəsində məhkəmənin qərarı ilə həbs
qətimkan tədbiri seçilib.
Onun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa
polisə məlumat verə bilərlər.

























