Advertisement

Masallıda narkotik vasitə satan keçmiş məhkumlar saxlanılıb

Bakı. Trend:

Masallıda narkotik vasitə satan şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Masallı
Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat
nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli
bilinən rayon sakini, əvvəllər oğurluq əməlinə görə məhkum olunmuş
Ramin Abiyev saxlanılıb.

Ondan 3 kiloqram marixuana, 1 kiloqram metamfetamin
aşkarlanıb.

Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri
nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli
bilinən əvvəllər məhkum olunmuşlar- İlqar Əkbərli və Azad Səfərov
saxlanılıblar. Olardan heroin və metamfetamin aşkarlanıb.

Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan
tədbiri seçilib.

Araşdırmalar aparılır.