Advertisement

NİİM 8 Noyabr prospektində təmirlə bağlı müraciət etdi

Bakı. Trend:

8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində
mərkəz istiqamətində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir
işləri aparılır.

Trend xəbər verir ki, bu
barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə
Mərkəzi (NİİM) məlumat yayıb.

“Sürücülərdən qeyd olunan ərazidə hərəkətdə olarkən diqqətli
olmaları və sürət həddinə əməl etmələri xahiş olunur”, – NİİM-dən
bildirilib.