Advertisement

COP29-a gələcək qonaqların yerləşdirilməsi üçün bütün zəruri tədbirlər görülür – Kənan Qasımov

Bakı. Trend:

COP29 tədbiri iştirakçı sayı baxımından ən böyük iştirakçının
cəlb olunduğu tədbirdir. Azərbaycan bu tədbirə ev sahibliyi etmək
hüququnu əldə etdikdən sonra hazırlıq prosesinə başlayıb.
Azərbaycan bu günə kimi keçirdiyi digər tədbirlərlə yanaşı,
COP29-un da keçirilməsi ilə bağlı ciddi səyləri ortaya qoyur.

Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikasının
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının
“Turizmin inkişafı” işçi qrupunun 2023-cü il Fəaliyyət Planının
icra vəziyyəti və qarşıda duran prioritetlər mövzusunda tədbirdə
Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib.

Onun sözlərinə görə, bununla bağlı umid edirik ki, heç bir
problem olmayacaq.

“Bu tədbirin 2 istiqaməti var. Bir təşkilati işlər və digər
tərəfi isə daha çox məzmun üzərindən dediyimiz siyasi mesajlar və
bu istiqamətdə dünya üzrə iqlim dəyişikliyinə verəcəyimiz töhfə
məsələsi var. Dövlət Turizm Agentliyi olaraq hər iki istiqamətdə
işimiz təşkil olunub.

Həm gələcək qonaqların yerləşdirilməsi, bu istiqamətdə
koordinasiya işinin təşkili, eyni zamanda iqlim dəyişikliyi fondu
turizmə təsirləri azaldılması istiqamətində turizm təşkilatı, digər
aidiyyəti beynəlxalq təşkilatlarla iş birliyi qurmuşuq və bu
istiqamətdə işlərimizi sürətli davam etdiririk. Agentlik olaraq
işimizi elə görürük ki, bu istiqamətdə problem yaşanmasın.
Mehmanxalar və digər yerləşmə yerlərində çətinliklər yaranacağı
təqdirdə ona alternativ variantlar da düşünürük. Gələcək qonaqların
yerləşdirilməsi üçün bütün zəruri tədbirlər görülür.”,- deyə o qeyd
edib.