
Bakı. Trend:
Analitik Ekspertiza Mərkəzi Azərbaycanda fəaliyyət göstərən
dərman idxalı ilə məşğul olan şirkətlərə xəbərdarlıq edib.
AEM-dən Trend-ə verilən
xəbərə görə, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12
sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş Mülki
dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə
olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi
məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən
mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısına əsasən Narkotik
vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və
ya zəhərli maddələr, həmin maddələri hazırlamaq və ya emal etmək
üçün avadanlıqların dövriyyəsinə Azərbaycan Respublikasının Daxili
İşlər Nazirliyinin xüsusi icazəsi ilə yol verilir.
Bildirilib ki, güclü təsir edən və ya zəhərli maddələrin idxalı
zamanı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə təqdim
edilməli olan sənədlərin sırasında Azərbaycan Respublikasının
Daxili İşlər Nazirliyi tərəfindən verilən xüsusi icazənin olması
mütləqdir.





























