Advertisement

Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artır

Bakı. Trend:

2024-cü ilin yanvar-aprel aylarında Naxçıvan MR İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə
xidmət strukturlarında ümumilikdə 13.004 şəxs qəbul edilib.

Trend xidmətə istinadən xəbər
verir ki, bu ilin yanvar-aprel aylarında vergi ödəyicilərinə
193.234 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub)
göndərilib, ödəyicilərlə 35 görüş keçirilib, 227 sayda ünvanlı
xidmət göstərilib. Həmin dövrdə 1.749 müraciət üzrə 3.206 Asan İmza
sertifikatı verilib.

Xidmət strukturları tərəfindən vergi qanunvericiliyi və
inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi
uçotu, qeydiyyat, bəyannamələrin təqdim edilməsi, cari vergi
ödəmələri və s. məsələlərlə bağlı 17.196 xidmət göstərilib ki, bu
da ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 dəfə çoxdur.

2024-cü ilin 4 ayında Naxçıvan, Şərur və Ordubad şəhərlərində
fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən
ümumilikdə 12.136 şəxs qəbul edilib və onlara 16.184 xidmət
göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə xidmət
strukturları tərəfindən göstərilən xidmətərin sayından 1,6 dəfə
çoxdur.