Bakı.Trend:
Azərbaycanda qiymətlər Cənubi Qafqaz və digər ölkələrlə
müqayisədə yerləşmə vasitələrinin qiyməti baha deyil.
Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikasının
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının
“Turizmin inkişafı” işçi qrupunun 2023-cü il Fəaliyyət Planının
icra vəziyyəti və qarşıda duran prioritetlər mövzusunda tədbirdə
Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib.
Onun sözlərinə görə, bununla bağlı statistik rəqəmlər onu deməyə
əsas verir ki, qiymətlər bir çox hallarda yaxın, bəzən isə daha
aşağıdır.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycanda mehmanxana (hotel) və
mehmanxana tipli obyektlər 488 milyon 828 min manat gəlir əldə
ediblər. Bu 2022-ci illə müqayisədə 133 milyon 505,9 min manat və
ya 37,6% çoxdur.
2022-ci ildə hotellərin gəlirləri 355 milyon 322,1 min manat
olub.



























