
Bakı. Trend:
Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası
Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə Xətai rayonu
ərazisindəki orta ümumtəhsil məktəblərinin şagirdləri arasında Ulu
Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə
“Əbədiyaşar Lider“ mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
Aprelin 17-dən mayın 1-dək davam edən müsabiqəyə 71 yazı təqdim
olunub. İnşa yazı müsabiqəsində məktəblilər öz düşüncələri əsasında
müasir müstəqil Azərbaycan dövlətinin memarı olan Ulu Öndərimiz
haqqında fikirlərini qələmə alıblar. Müsabiqəyə təqdim edilən inşa
yazıları arasında ciddi rəqabət olub və ən yaxşıları seçmək asan
olmayıb.
Xətai rayonu 29 saylı məktəbin 8b sinif şagirdi Sara Mehtiyeva I
yerə, 86 saylı məktəbin 10a sinif şagirdi Gözəl Əlizadə və 263
saylı məktəbin 8a sinif şagirdi Murad Qənbərov II yerə, 269 saylı
məktəbin 10c sinif şagirdi Aysu Qədirova, 257 saylı məktəbin 10ə
sinif şagirdi Aysel Məmmədzadə və 98 saylı məktəbin 10a sinif
şagirdi Ayla Səfərova III yerə layiq görülüblər.
Qaliblər və inşa müsabiqəsində fəal iştirak edən məktəblilər
mükafatlandırılacaqlar.





























