Advertisement

İmran xanın həyat yoldaşı həbsxanaya köçürüləcək

Bakı. Trend:

Pakistanın keçmiş baş naziri İmran Xanın həyat yoldaşı Büşra
Bibi ev dustaqlığından həbsxanaya köçürüləcək.

Trend bu barədə xarici
KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, onun vəkilləri bunu Büşra Bibinin öz xahişi ilə
baş tutduğunu bildirib. Məhkəmə vəkillərin ev həbsi cəzasının
dəyişdirilməsi ilə bağlı tələbini qəbul edib.

Büşra Bibi cəzasını həyat yoldaşı İmran Xanla eyni həbsxanada –
Ravalpindi şəhərinin Adayal həbsxanasında çəkəcək.

Qeyd edək ki, müxtəlif cinayət əməllərində ittiham olunan keçmiş
hökumət başçısı və onun arvadı Büşra Bibi 7 il həbsə məhkum edilsə
də, sonradan hər iksinin cəzası 14 ilədək artırılıb.