Bakı. Trend:
Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və 30 ildən sonra
meyitinin qalıqları tapılan Ağayev Ayazla vida mərasimi
keçirilir.
Trend-in
yerli bürosu xəbər verir ki, şəhidlə İsmayıllının Hacıhətəmli
kəndindəki evində vida mərasimi keçirilir.
Şəhid Ayaz Ağayevin qalıqları İsmayıllının Hacıhətəmli kənd
qəbiristanlığında, atasının məzarının yanında dəfn olunacaq.





























