Advertisement

Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq – XƏBƏRDARLIQ

Bakı. Trend:

Azərbaycanın rayonlarında mayın 10-11-də əsasən gündüz
saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə
yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə
görə, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli olacağı,
şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara
keçəcəyi ehtimalı var.

Şərq küləyi bəzi yerlərdə arabir 15-18 m/s olacaq.