
Bakı. Trend:
Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan
olmasının 101-c ildönümünə həsr olunmuş konfrans keçirilib.
İştirakçılar əvvəlcə dahi şəxsiyyətin abidəsi önünə gül
dəstələri düzüb, əziz xatirəsini ehtiramla anıblar.
Sonra Heydər Əliyev mərkəzinin foyesində məktəblilərin əl
işlərindən ibarət rəsm əsərlərinə baxış keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə
başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də
şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bildirib
ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər
Əliyevin adı ilə bağlıdır. Azərbaycanın xilaskarı, öz həyatını
Vətəninə və xalqına bəxş etmiş Ümummilli Lider Heydər Əliyevin
zəngin və mənalı ömrünün hər günü bir dastandır. Ümummilli Lider
Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad
edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Qeyd edilib ki, dahi
şəxsiyyətin arzusunu, vəsiyyətini onun layiqli davamçısı,
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş
Komandanı İlham Əliyev yerinə yetirdi, ölkəmizin ərazi bütövlüyü
hərbi-siyasi yolla bərpa olundu və bu gün üçrəngli bayrağımız
yenidən Vətən torpaqlarında, Qarabağın mədəniyyət beşiyi olan
Şuşada, eləcə də Xankəndidə qürurla dalğalanır.
Digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Heydər Əliyevin
həyat yolu, zəngin və çoxşaxəli irsi, zəngin dövlətçilik
təcrübəsindən danışıb, xalqımızın sülh və əmin-amanlıq şəraitində
yaşaması naminə göstərdiyi fədakarlıq nümunələrindən söz açıblar.
Hazırda Ulu Öndərin siyasi varisi, Prezident İlham Əliyevin
rəhbərliyi ilə ölkəmizin davamlı inkişafından bəhs ediblər. Son
illər Xaçmaz rayonunda həyata keçirilən geniş miqyaslı tikinti,
quruculuq, abadlıq işləri, şəhid ailəri və qazilərə göstərilən
qayğı yüksək qiymətləndirilib.
Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən
videoçarx nümayiş olunub.
Tədbir mədəniyyət işçilərinin hazırladığı konsert proqramı ilə
davam edib. Geniş və rəngarəng musiqi nömrələri iştirakçılar
tərəfindən alqışlarla qarşılanıb.





























