Advertisement

Milli Məclisin sədri ilə Bolqarıstan Prezidenti arasında görüş keçirilib

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova ilə Azərbaycanda rəsmi
səfərdə olan Bolqarıstan Prezidenti Rumen Radev arasında görüş
keçirilib.

Trend xəbər verir ki, bu barədə Sahibə Qafarova X-da paylaşım
edib.

Milli Məclisin sədri qeyd edib ki, bu səfər ölkələrimiz arasında
əlaqələrin daha da inkişafına güclü təkan verəcək.