Advertisement

Azərbaycanın iqlim dəyişikliyi üzrə İki-illik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək məqsədilə təlim keçirilib

Bakı. Trend:

Azərbaycanın COP29 sədrliyi çərçivəsində 6-7 may 2024-cü il
tarixlərində Bakı şəhərində BMT-nin iqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının (UNFCCC) ekspertləri tərəfindən Paris sazişinə
uyğun olaraq Təkmilləşdirilmiş Şəffaflıq Çərçivəsinin (ETF) əsas
komponenti olan İki-illik Şəffaflıq Hesabatının (BTR)
hazırlanmasına dəstək məqsədilə aidiyyəti dövlət qurumlarının
iştirakı ilə təlim keçirilib.

Trend xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər
nazirinin müavini, COP29 Baş danışıqçısı Yalçın Rəfiyev tədbirin
açılış mərasimində çıxış edərək, tərəf dövlətlərin, o cümlədən
Azərbaycanın BTR-ları təqdim etməsinin COP29 sədrliyinin prioritet
istiqamətlərindən biri olduğunu vurğulamışdır. Bununla əlaqədar o,
ölkəmizin müvafiq dövlət qurumlarını qısa zamanda Azərbaycanın
BTR-nın hazırlanmasına töhfə verməyə çağırıb.

İki günlük təlim zamanı UNFCCC katibliyinin nümayəndələri ETF-in
əsas elementləri, bu sahədə modallıqlar, prosedurlar və təlimatlar,
eləcə də BTR-ların hazırlanması prosesində yeni elektron proqram
təminatından istifadə ilə bağlı iştirakçılara məlumat veriblər.