Advertisement

Ceyhun Bayramov İsrail XİN-in siyasi direktoru ilə görüşdü (FOTO)

Bakı. Trend:

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ilə İsrail Dövlətinin
Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nun arasında
görüş keçirilib.

XİN-dən Trend-ə bildirilib ki, görüş zamanı, ikitərəfli və
çoxtərəfli münasibətlərin müxtəlif aspektləri, o cümlədən iki ölkə
arasında iqtisadi, təhlükəsizlik, yüksək texnologiyalar və s.
istiqamətlərdə əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə
müzakirə aparılıb.

Nazir Ceyhun Bayramov qarşı tərəfi post-münaqişə dövründə
regionda mövcud vəziyyət barədə ətraflı məlumatlandırıb.

Görüş çərçivəsində həmçinin geniş narahatlıq doğuran beynəlxalq
və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İsrail nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində
Azərbaycan Respublikası ilə İsrail Xarici İşlər Nazirlikləri
arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib.
Məsləhətləşmələrdə, Azərbaycan Respublikasının nümayəndə heyətinə
xarici işlər nazirinin müavini Fariz Rzayev, İsrail nümayəndə
heyətinə isə Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin
Nun rəhbərlik edib.