Advertisement

Azərbaycan azad və inkişaf edən yəhudi icmasının evidir – İsrailli diplomat

Bakı. Trend:

İsrail Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nun
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məzarını ziyarət
edib.

Trend xəbər verir ki, israilli diplomat bu barədə “X” sosial
şəbəkəsində məlumat yayıb.

“Azərbaycan azad və inkişaf edən yəhudi icmasının evidir. Bu gün
mən Azərbaycanın Milli Qəhrəmanı, yerli yəhudi icmasının oğlu
Albert Aqarunovun məzarı başında onu ehtiramla yad etdim. Dünyada
antisemitizmin gücləndiyi bir vaxtda Azərbaycanda yəhudi icmasının
azadlığını və bərabərliyini görmək ürəkaçandır”, – Aliza Bin Nun
qeyd edib.