Advertisement

Türkiyə ilə münasibətlərdə müsbət atmosfer davam edir – Miçotakis

Bakı. Trend:

Türkiyə ilə münasibətlərdə müsbət atmosfer davam edir.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə
Yunanıstan baş naziri Kiryakos Mitsotakis deyib.

Türkiyə və Yunanıstanın fundamental fikirlərindən əl çəkmədiyini
bildirən Miçotakis buna baxmayaraq, “ikitərəfli münasibətlərdə
müsbət atmosferin” olduğuna diqqət çəkib.

“Bu, Türkiyə-Yunanıstan münasibətlərində son vaxtlar əldə
etdiyimiz irəliləyişi məhv edəcək böhran yaratmaqdan qat-qat
yaxşıdır” – deyə baş nazir bildirib.