
Bakı. Trend:
DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 101-ci ildönümü
ilə əlaqədar ağacəkmə aksiyası keçirib
Trend xəbər
verir ki, müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü çərçivəsində
Daxili İşlər Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin birgə təşkilatçılığı nəticəsində paytaxtın Qaradağ
rayonu Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyası
keçirilib.
Tədbirdə hər iki qurumun rəhbər şəxsləri, polis əməkdaşları və
nazirliyin hərbi qulluqçuları iştirak ediblər.
Azərbaycan təbiətinin böyük hamisi Ulu Öndər Heydər Əliyevin
əziz xatirəsinə həsr olunmuş tədbirdə yerli iqlimə uyğun olaraq
minə yaxın Eldar şamı əkilib, ərazidə olan bitkilərə qulluq
göstərilib, yaşıllıq zonasında təmizlik işləri aparılıb.





























