Bakı. Trend:
Şimali Makedoniya ilk dəfə qadın prezidentini seçdi.
Trend bu barədə “The Associated Press” agentliyinə istinadən
xəbər verir.
Məlumata görə, müxalifətin dəstəklədiyi 70 yaşlı hüquq
professoru Qordana Siljanovska-Davkova prezident seçkilərinin
ikinci turunda səslərin təxminən 65%-ni toplayaraq qalib elan
edilib.
“Bir qadının prezident seçilməsindən daha böyük dəyişiklik
varmı? Bu irəliyə doğru böyük addımdır, islahatlara doğru bir addım
atmaqda qadınların yanında olacağam”, – deyə o, vurğulayıb.
Qeyd edilir ki, hakim Sosial Demokrat Partiyası prezident və
parlament seçkilərində uduzub.





























