Bakı. Trend:
İsrail hərbçirləri Rəfah şəhərinə tammiqyaslı hücuma
başlayacaqları təqdirdə, ABŞ İsrailə silah tədarükünü
dayandıracaq.
Trend xarici KİV-ə istinadən xəbər veri ki, bunu ABŞ prezidenti
Co Bayden bəyan edib.
Bayden Rəfahda yerüstü hücum davam edəcəyi halda, Vaşinqtonun
bəzi növ silahların tədarükünü dayandıracağı barədə İsrailə
xəbərdarlıq edib.
“ABŞ Israilin təhlükəsizliyini təmin etməyə davam edəcək”, – o
əlavə edib.
İsrailin BMT-dəki daimi nümayəndəsi Qilad Erdan isə, ABŞ
prezidentinin sözlərini “ağır və məyusedici” adlandırıb.
Xatırladaq ki, bu yaxında İsrail KİV HƏMAS-la əsir mübadiləsi
barədə razılıq əldə olunmayacağı təqdirdə İsrailin Rəfaha quru
hücumu başladacağına dair məlumat yayıb.
Qeyd olunub ki, İsrail ordusu Rəfaha hücum üzrə hazırlığı başa
çatdırıb. İsrail ordusunun baş qərargah rəisi, general-leytenat
Herzi Halevi aprelin 29-da əməliyyat planını təsdiqləyib.





























