Advertisement

Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıb – DİN

Bakı. Trend:

Ötən gün ölkə ərazisində qeydə alınan 73, əvvəlki dövrlərdən
bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının
əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda
olduğuna görə ümumilikdə 91, o cümlədən borclu şəxs qismində
axtarışda olan 72 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil
verilib.

Narkotiklərlə əlaqəli 49, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 21 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıb.