Advertisement

Ermənistan tərəfinin xahişi ilə rus sərhədçilər Türkiyə və İran sərhədində qalacaq – Peskov

Bakı. Trend:

Vladimir Putin və Nikol Paşinyan arasında baş tutan görüş zamanı
Ermənistanın bir sıra vilayətindən rusiyalı sərhədçilərin və
hərbçilərin çıxarılması razılaşdırılıb.

Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya
Federasiyasının prezidentinin mətbuat katibi Dmitri Peskov
deyib.

O qeyd edib ki, rusiyalı sərhədçilər Ermənistanın Türkiyə və
İran sərhədində qalacaqlar.

“Bəli, bu həqiqətən belədir. 2020-ci ilin payızında Ermənistan
tərəfinin xahişi ilə bizim sərhədçilər və hərbçilər Ermənistanın
bir sıra vilayətlərində yerləşdirilib. Paşinyan deyib ki, bu gün
dəyişən şərtlərlə bağlı artıq buna ehtiyac yoxdur, bu səbəbdən
prezident Putin razılaşıb. Ermənistanın xahişi ilə sərhədçilərimiz
Ermənistan-Türkiyə və Ermənistan–İran sərhədində qalaraq öz
funksiyalarını yerinə yetirməyə davam edəcəklər”, – o əlavə
edib.

Qeyd edək ki, mayın 8-i Rusiya Prezidenti Vladimir Putin
Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.