Advertisement

Türkiyədə daha bir təyyarə qəzalı eniş edib

Bakı. Trend:

Antalyada Türkiyənin “Corendon Airlines” şirkətinə məxsus
təyyarə qəzalı eniş edib. Təyyarənin ön təkəri partlayıb.

Trend türk KİV-lərinə
istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və
İnfrastruktur Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 11:00-da Köln-Qazipaşa
reysini həyata keçirən təyyarədə baş verib.

“Təyyarənin ön dayağı zədələnib. Hava gəmisindən 184 sərnişin və
altı ekipaj üzvü olmaqla, ümumilikdə 190 nəfərin təxliyəsi başa
çatıb. Sərnişinlərdən xəsarət alan olmayıb. İlkin məlumatlara görə,
uçuş-enmə zolağına heç bir ziyan dəyməyib”, – məlumatda
bildirilib.

Xatırladaq ki, dünən ABŞ-nin “FedEx” yük şirkətinə məxsus
“Boeing 767” tipli təyyarə də şassinin açılmaması səbəbindən
İstanbul Hava Limanında qəzalı eniş edib.