
Bakı. Trend:
Mənim üçün bugünkü yarışların ən yadda qalan anı mükafatların
təqdimatı oldu.
Bu barədə Trend-ə
“kiçiklər” yaş kateqoriyasında idmançılar arasında kişi idman
gimnastikası üzrə 29-cu Bakı açıq birinciliyində çoxnövçülükdə
qızıl medal qazanan gənc azərbaycanlı idmançı Adəm Məmmədov
(2017-ci il təvəllüdü) deyib.
“Düşünürəm ki, bu gün layiqincə çıxış etdim, məşqçi məni
təriflədi, amma yenə də çox məşq etməliyəm. Bütün alətlərdə
hərəkətləri yaxşı yerinə yetirməyə bacardım. Qızıl medal qazandığım
üçün xoşbəxtəm. Mən Azərbaycan millisinin üzvü Rəsul Əhmədzadəni
özümə nümunə götürürəm və bu gün çıxışı zamanı ona dəstək olmuşam”,
– deyə “Ocaq Sport” klubunun yetirməsi bildirib.
Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında mayın 9-10-da
kişi idman gimnastikası üzrə 29-cu Bakı açıq çempionatı və Bakı
açıq birinciliyi, qadın idman gimnastikası üzrə 8-ci Bakı açıq
çempionatı və Bakı açıq birinciliyi keçirilir. Yarışlarda müxtəlif
yaş kateqoriyalarında iştirak edən 50-dən çox idmançı iştirak
edir.





























