Bakı. Trend:
ABŞ Qəzza zolağında Rəfahdakı vəziyyətə görə İsrailə ümumilikdə
3,5 min hava bombasının tədarükünü dayandırıb.
Trend-in
məlumatına görə, bu barədə Pentaqonun nümayəndəsi Patrik Rayder
deyib.
“1800 ədəd 2000 funtluq (908 kq) bomba, həmçinin 1700 ədəd 500
funtluq (təqribən 226 kq) bomba da daxil olmaqla silah
göndərilməsini dayandırdıq”, – deyə P.Rayder brifinq zamanı
bildirib.
Onun sözlərinə görə, ABŞ bu təchizatlarla bundan sonra nə
edəcəyi ilə bağlı hələ qərar verməyib.





























