Advertisement

Bu il Azərbaycana hava nəqliyyatı ilə sərnişindaşıma artıb

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycana hava nəqliyyatı ilə
926 min 652 nəfər sərnişin daşınıb.

Trend Dövlət Turizm
Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin
eyni dövrü ilə müqayisədə 40,7 % çoxdur.

4 ayda Azərbaycana 263 min 505 sərnişin daşınmaqla Rusiya ilk
yeri tutur. Bu da, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 37,6 %
artım deməkdir.

Təkcə aprel ayında Azərbaycana 258 min 176 sərnişin daşınıb. Bu,
ötən ilin eyni ayı ilə müqayisədə 46,3 % çoxdur. Apreldə Rusiyadan
71 min 835 sərnişin daşınıb ki, bu da ötən ilin aprel ayı ilə
müqayisədə 38,7 % çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Rusiyadan sonra ən
çox Azərbaycana Türkiyədən sərnişin daşınıb. Bu ölkədən 217 min 689
nəfər sərnişin səfər edib ki, bu da illik müqayisədə 21,4 %
çoxdur.

İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 131 min 325 sərnişinlə
(+42 %) daxil olub.