Advertisement

Oğuzda 3 qumbara aşkarlandı – Trend.Az

Bakı. Trend:

Oğuzda qumbara və sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional
qrupundan Trend-ə verilən
məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının
keçirdikləri tədbirlərlə Qumlaq kəndində kolluq ərazidən 3 ədəd əl
qumbarası, 3 ədəd avtomat silahına məxsus daraq və 389 ədəd patron
aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.