Advertisement

Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib (FOTO)

Bakı. Trend:

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu,
görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri
Heydər Əliyevin anadan olmasından 101 il keçir.

Trend xəbər verir ki, bu münasibətlə Səhiyyə Nazirliyinin
rəhbərliyi və kollektivi Fəxri xiyabana gələrək ulu öndər Heydər
Əliyevin məzarı önünə gül dəstələri düzüb, əziz xatirəsini
ehtiramla yad edib.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın
xatirəsi də ehtiramla yad edilib, məzarı önünə tər çiçəklər
düzülüb.

Həmçinin, görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin,
istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər
qoyulub.

Ümummilli lider Heydər Əliyev Azərbaycanın milli səhiyyəsinin
inkişafına həmişə xüsusi diqqət və qayğı göstərib. Respublikada
peşəkar tibbi kadrların hazırlanması da məhz Ulu Öndərin adı ilə
bağlıdır.