Bakı. Trend:
2024-cü ilin birinci rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG)
yataqlar blokundan Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) sutkada
orta hesabla 7,4 milyon kubmetr (ümumilikdə 0,7 milyard kubmetr)
səmt qazı tədarük edilib.
Bu barədə
Trend-ə bp şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin
birinci rübünün nəticələrinə həsr olunmuş hesabata istinadən xəbər
verir.
Səmt qazı əsasən Səngəçal terminalına, eləcə də SOCAR-ın Neft
Daşlarındakı obyektinə verilirdi.
Hasil edilən səmt qazının qalan hissəsi lay təzyiqini saxlamaq
üçün yenidən vuruldu.
2023-cü ilin eyni dövründə isə səmt qazının tədarük həcmi orta
hesabla sutkada təxminən 6,5 milyon kubmetr təşkil edib. Belə ki,
səmt qazının tədarükü illik müqayisədə 13,8 faiz artıb.
Qeyd edək ki, AÇG Hasilatın Pay Bölgüsü Sazişinin müqavilə
tərəfləri adından operator BP Exploration (Caspian Sea) Limited
şirkətidir.
AÇG-də iştirak payları aşağıdakı kimidir: bp (30,37%), SOCAR
(25,0%), MOL (9,57%), INPEX (9,31%), Equinor (7,27%), ExxonMobil
(6,79%), TPAO (5,73%) ), ITOCHU (3,65%). %), ONGCVidesh
(2,31%).
X: @Lyaman_Zeyn





























