Advertisement

İrəvanda keşiş mitinqi: Köçəryanın oyuncağı erməniləri axmaq sayır

Bakı. Trend:

Bu gün səhər saat 10:00-dan etibarən Ermənistanda etiraz
aksiyaları keçiriir.

Bu barədə “Vətən uğrunda Tavuş” müxalifət hərəkatının lideri,
arxiyepiskop Baqrat Qalstanyan bildirib.

O, Ermənistanın tələbələrinə, ali təhsil müəssisələrinə, iş
adamlarına bununla bağlı müraciət edib. Eyni zamanda heç bir
aqressiya olmadan, yalnız bir neçə gün onlara dəstək verməyə
çağırıb. “Bölgələrimizin sakinlərinə müraciət edirəm: – bu gecə
geri qayıdın”, – o deyib. “İnsanlar bunun belə bir şəkildə baş
verməsini, hakimiyyəti şoka salmasını istəyirlər, bizə başqa seçim
qoymadınız”, – Qalstanyan əlavə edib.

“Tətilə başlayırıq. Mən vilayətlərin sakinlərini də etiraz
aksiyalarına başlamağa çağırıram”, – arxiyepiskop vətəndaşları
hakimiyyətə qarşı mübarizəyə səsləyib.

“Vətən uğrunda Tavuş” müxalifət hərəkatı “Azatutyan”
prospektində yolun bir hissəsini bağlayıb.

Bundan başqa, İrəvan Dövlət Universitetinin bir qrup tələbəsi
tətilə başlayıb. Onlar müxtəlif fakültələrə daxil olaraq digər
tələbələri tətilə qoşulmağa çağırırlar.

Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədinin Tavuş
(Tovuzqala) rayonundan keçən hissəsində delimitasiya və demarkasiya
işlərinin başlanmasına, habelə bu rayonda 32 ildən bəri erməni
işğalında qalmış 4 kəndin azad edilərək Azərbaycana təhvil
verilməsinə etirazlar başlayandan az sonra ora Erməni Həvariyun
(Apostol) Kilsəsinin (EAK) Tavuş yeparxiyasının arxiyepiskopu
Baqrat Qalstanyan yollanmışdı.

O, özünü aksiyaların “mənəvi rəhbəri”, “Vətən uğrunda Tavuş”
müxalifət hərəkatının başçısı elan etmişdi.

Daha sonra o, tərəfdarları ilə birlikdə İrəvana yürüş edib,
dünən Ermənistanın paytaxtının mərkəzində mitinqə başlayıb.

Dünən B.Qalstanyan bəyan edib ki, Ermənistanda müxalifətin baş
nazir Nikol Paşinyana qarşı təşkil etmək niyyətində olduğu
impiçment prosesi bir qədər vaxt aparacaq.

“Paşinyanın impiçment prosesi bir neçə gündən çox vaxt
aparmayacaq”, – Qalstanyan deyib.

Baqrat Qalstanyanın sözlərinə görə, iki müxalif parlament
fraksiyası impiçment proseduruna başlamağa hazırdır.

O, daha sonra deyib ki, Ermənistanın ikinci prezidenti Robert
Koçaryanla onun baş nazir postuna namizədliyini heç vaxt müzakirə
etməyib.

O, Respublika meydanında çıxış edərək qeyd edib ki, R.Koçaryanın
namizədliyinin irəli sürülməsi məsələsi gündəmdə deyil.

Onun sözlərinə görə, bu mifi hərəkatın əleyhdarları ortaya
atıblar.

Keçmiş ombudsman Arman Tatoyanın namizədliyinin irəli sürülə
biləcəyi ilə bağlı suala arxiyepiskop müsbət cavab verib.

Ermənistanda yaşananlar bir sıra məqamlar baxımından
maraqlıdır.

Əvvəla, postsovet məkanı tarixində ilk dəfədir ki, ölkə
hakimiyyətinə qarşı etiraz aksiyalarına kilsə rəhbərlik edir.

Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj
Sarkyanın rəhbərlik etdikləri “qarabağlılar” klanı ilə xarici
ölkələrdəki erməni diasporunun da bir araya gəldiyi unikal
konfiqurasiya da ermənilərin çağdaş tarixində bir ilkdir.

Əsasən Fransa, ABŞ və Rusiyadakı erməni diasporlarının hər
formada dəstək verdikləri, “Paşinyan hakimiyyətinə qarşı
genişmiqyaslı xalq etirazları” kimi qələmə verilən, əslində isə
Ermənistanda Köçəryan-Sarqsyan duetinin kilsə ilə üzvi simbiozu
olaraq hakimiyyətin devrilməsinə yönəlmiş prosesə külli miqdarda
maliyyə vəsaiti ayrılıb.

Təşkilati, texniki və s. dəstəyə habelə, Rusiyanın
Ermənistandakı mövqelərini müdafiə edən, bu mövqelərin zəifləməsinə
imkan verməyən siyasətçilər, siyasi təşkilatlar, habelə oliqarxlar
da cəlb ediliblər.

İrəvanın mərkəzindəki meydanda və küçələrdəki yürüşlər,
mitinqlər və qeyri aksiyaların istisnasız olaraq hamıs bir
mərkəzdən idarə olunan primitiv ssenarili oyun təsiri
bağışlayır.

2021-ci ildəki parlament seçkilərində keçirilmiş aksiyalardan
sonra ən böyük etiraz mitinqi olan dünənki olayın təqdimatında
“qarabağlılar klanı” israrla vurğulayır ki, başlıca məqsəd, sən
demə, aprelin 19-da Nikol Paşinyan hakimiyyətinin qəbul etdiyi
qərara, yəni 4 kəndin Azərbaycana qaytarılmasına qarşı “qəzəbli
xalqın mövqeyinin nümayişi”dir.

“Qarabağlılar klanı”, kilsə və diasporun bütün vasitələrdən
istifadə edərək reallaşdırdıqları etiraz aksiyaları İrəvanın
hakimiyyət dairələrində heç bir təşviş, narahatlıq və ya xof
yaratmayıb.

Tam əksinə, Nikol Paşinyan administrasiyasının mənsubları,
iqtidardakı “Mülki Müqavilə” partiyasından olan deputatlar, dövlət
qurumlarının rəhbərləri, yerli inzibati-idarəetmə təşkilatlarınınn
və strukturlarının başçıları – bir sözlə, dövlət təşkilatlarında və
hakimiyyətin siyasi qurumlarının funksionerləri birmanalı olaraq
N.Paşinyanı dəstəkləyirlər.

Müdafiə və Daxili İşlər nazirlikləri də N.Paşinyandan
göstərişlər gözləyirlər.

“Vətən uğrunda Tavuş” qruplaşmasının indi “genişmiqyaslı, ölkə
müxalifətinin ən çeşidli təşkilatlarını birləşdirən hərəkata”
çevrilməsində təbii ki, “qarabağlılar klanı”, kilsə və diasporun
müstəsna rolu var.

Onlara Erməni İnqilabi Federasiyası-Daşnaksutyun da qatılıb.

Baqrat Qalstanyanın bu gün verdiyi bəyanatlara görə, onlar Nikol
Paşinyanın hakimiyyətinin reaksiyasını təxminləyiblər: həmin
səbəbdən uzunmüddətli itaətsizlik və etiraz aksiyalarına
hazırlaşıblar.

Serj Sarqsyanın rəhbərlik etdiyi “Şərəfim var” parlament
fraksiyasının katibi Tiqran Abramyan bununla bağlı bildirib ki,
tələsməyə lücum görmürlər. Ən azı ona görə ki, parlamentdə
N.Paşinyana qarşı imppiçment prosedurunu başa vurmaq üçün
iqtidardakı “Mülki Müqavilə” partiyasından olan deputatların da
iştirakı mütləqdir.

Beləliklə, aşkar görünür ki, keşiş Baqrat əslində Ermənistanın
sabiq prezidenti Robert Köçəryanın əlində marionetkadır. İrəvanda
keçirilən aksiyaların təşkilatçılarının əsas məqsədi isə
R.Köçəryanın baş nazir postuna yiyələnməsidir.

İrəvandakı etiraz aksiyalarının təşkilatçıları şəhərin
küçələrinə və mərkəzi meydanına 80-90 min nəfərin çıxdıqlarını
desələr də, real rəqəm 18-20 mindən artıq deyil.

Halbuki bu, Robert Köçəryanın, Serj Sarqsyanın, Erməni Apostol
Kilsəsinin və diasporun uğuru yox, uğursuzluğudur.

Çünki 2021-ci ildə keçirilmiş növbədənkənar parlament
seçkilərində R.Köçəryanın tərəfdarlarından və daşnaklardan ibarət
“Ermənistan” alyansına 258165 nəfər səs vermişdi.

Serj Sarqsyanın Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq
rəhbəri Artur Vanesyanla birlikdə yaratdıqları “Şərəfim var”
alyansına isə 66633 nəfər səs vermişdi.

Kilsənin və diasporun kontrolunda olan kütləni də unutmayaq.

Yəni həmin rəqəmləri nəzərə alsaq, dünən və bu gün İrəvandakı
etiraz aksiyalarında ən azı 200 min erməni çıxmalı idi.

Yaşananların səbəbləri çox olsa da, onların arasında biri ən
üstünüdür: Nikol Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq istəyən və
indi birləşən qüvvələrin xarizmatik, Ermənistanda kütlə tərəfindən
qəbul edilən lideri yoxdur.

Sabiq prezidentlər Robert Köçəryanla Serj Sarqsyanın hakimiyyət
revanşı şansları minimumdur, çünki Ermənistan vətəndaşlarının çoxu
onların qayıdışını istəmir.

Diaspor, kilsə və ya kənar dövlətlərin idarə etdiyi qruplaşmalar
isə Paşinyana rəqib olacaq fiqura malik deyillər.

Müxalifətin konkret fəaliyyət planı da yoxdur. Belə ki, Baqrat
Qalstanyanın özü belə, etiraf edir ki, Nikol Paşinyanın
hakimiyyətdən kənarlaşdırılmasından sonra nə olacağını, nələr
ediləcəyini bilmir.

Keşiş Baqratın bəyanatlarının və fəaliyyətinin idiotlara
hesablandığını isə dünənki olay təsdiqlədi.

Ayağındakı ağrılardan şikayətlənən keşiş İrəvandakı «Yerevan
Plaza» otelinə yollandı və orada «sırf təsadüf»dən Robert
Köçəryanla görüşdü.

Halbukt otelə yollanan baqratı Köçəryanın sağ əli, sabiq müdafiə
naziri Seyran Ohanyan müşayiət edirdi.

Keşiş Baqrat ayaqlarının ağrısı ilə bağlı yaxınlıqdakı onlarla
tibbi müəssisədən birinə üz tuta bilərdi.

Amma yox, o, ağrıyan ayaqlarına sarğı qoydurmaq üçün Robert
Köçəryanın ofisinin olduğu otelə yollandı.

Bu, erməni müxalifətinin primitivliyi, idiotizmi deyilmi?