Advertisement

Azərbaycan hərbçiləri Özbəkistanda keçirilən kursda iştirak edir (VİDEO)

Bakı. Trend:

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Özbəkistanın
Daşkənd vilayəti ərazisində “Dağ rəhbəri” kursunda iştirak
edir.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, Özbəkistan Müdafiə Nazirliyinin “Çimqan” Dağ
hazırlığı üzrə təlim-tədris mərkəzində keçirilən kursda
iştirakçılar dağ avadanlıqlarından səmərəli istifadə, qayaya qalxma
və enmə, təbii dağ maneə dəhlizlərini aşmaq, dağlıq şəraitdə atəş
açmaq, xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi və
təhlükəsiz təxliyə üzrə əldə etdikləri nəzəri bilikləri təlim
sahəsində praktiki olaraq icra edərək gücləndirirlər.

“Dağ rəhbəri” kursunda Azərbaycan hərbçiləri yüksək peşəkarlıq
nümayiş etdirirlər.