Bakı. Trend:
Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi
başlanıb.
Bərdə rayon prokurorluğundanTrend-ə verilən məlumata görə, mayın
10-u saat 11 radələrində Bərdə rayon sakini 1997-ci il təvəllüdlü
Zəminə Məmmədovaya xəsarətlər yetirilməsi barədə rayon
prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1991-ci il təvəllüdlü Səbuhi Vəliyevin şəhərin
Ü.Hacıbəyov küçəsi ərazisində bıçaqla xəsarət yetirərək qohumu
Zəminə Məmmədovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr
müəyyən edilib.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin
29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi
başlanıb. Səbuhi Vəliyev iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.





























